Azərbaycana yaz fəsli daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana yaz fəsli daxil olub

08:07 - 20 / 03 / 2024
Azərbaycana yaz fəsli daxil olub

Azərbaycana yaz fəsli daxil olub.

1news.az xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:06:21-də qeydə alınıb.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər