Güclü geomaqnit qasırğası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü geomaqnit qasırğası olub

Qafar Ağayev15:23 - 25 / 03 / 2024
Güclü geomaqnit qasırğası olub

2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından 1news.az-a bildirilib ki, geomaqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub.

Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi. İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib.

Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar.

Paylaş:
271

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər