Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb

Qafar Ağayev13:35 - 26 / 03 / 2024
Ağstafada qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkarlanıb

Ağstafada polis əməkdaşları qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkar ediblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər