Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfər məsuliyyətə cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfər məsuliyyətə cəlb edilib

Qafar Ağayev16:33 - 26 / 03 / 2024
Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfər məsuliyyətə cəlb edilib

Yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər