Xankəndidə saatlı bomba və qumbaralar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə saatlı bomba və qumbaralar aşkarlanıb

Qafar Ağayev10:40 - 26 / 03 / 2024
Xankəndidə saatlı bomba və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər