Metronun “Nəsimi” stansiyasında alışma baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “Nəsimi” stansiyasında alışma baş verib

Qafar Ağayev14:54 - 27 / 03 / 2024
Metronun “Nəsimi” stansiyasında alışma baş verib

"Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

1news.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər