Maştağanın qaz təchizatında fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağanın qaz təchizatında fasilə yaranacaq

15:18 - 27 / 03 / 2024
Maştağanın qaz təchizatında fasilə yaranacaq

“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan 1news.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər