Bakının yeraltı avtomobil dayanacaqlarında parkinq üçün qiymətlər artırılır - Yeni tariflər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının yeraltı avtomobil dayanacaqlarında parkinq üçün qiymətlər artırılır - Yeni tariflər - FOTO

Qafar Ağayev10:56 - 27 / 03 / 2024
Bakının yeraltı avtomobil dayanacaqlarında parkinq üçün qiymətlər artırılır - Yeni tariflər - FOTO

Bakıda Azadlıq meydanında və Qış parkında yerləşən yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

1news.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Azadlıq meydanında yerləşən yeraltı avtomobil dayanacağında gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-1 saat - 1 manat;

1-3 saat - 2 manat;

3-6 saat - 3 manat;

6-12 saat - 5 manat;

12-24 saat 10 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 100 manat(əvvəl 50 manat);

Bütün günü (24 saatlıq) - 140 manat (əvvəl 80 manat);

Qonşular tarifi - 75 manat.

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

****

Qış parkının yeraltı avtomobil dayanacağında isə parkinq üçün qiymətlər belə olacaq:

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;

2-4 saat - 2 manat;

4-6 saat - 3 manat;

6-10 saat - 4 manat;

10-12 saat - 5 manat;

12-24 saat - 8 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);

Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);

Qonşular tarifi - 50 manat (20 manat).

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Paylaş:
1521

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər