Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

11:56 - 27 / 03 / 2024
Nardaranda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb

Bakının Sabunçu rayonun Nardaran qəsəbəsində qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər