6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu
Azərbaycanda 6 aylıq körpənin boğazında bacısının plastik dırnağı qalaraq həyatı təhlükəyə səbəb olub.
1news.az xəbər verir ki, baş verən hadisəni uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.
Belə ki, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusuna ilişib. Körpə təcili Bakıdakı klinikalardan birinə gətirilib. Vəziyyətinin ağır olması və yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilb. Dırnaq körpənin nəfəs borusundan çıxarılıb.
312