İki ali məktəbə prorektor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İki ali məktəbə prorektor təyin edilib

17:58 - 28 / 03 / 2024
İki ali məktəbə prorektor təyin edilib

Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər