Dörd rayonda qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dörd rayonda qaz kəsiləcək

Qafar Ağayev09:33 - 28 / 03 / 2024
Dörd rayonda qaz kəsiləcək

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılıb.

“Azəriqaz”dan 1news.az-a bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat 09:00-dan “Füzuli Diaqnostika” və “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb.

Həmçinin, paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A.Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə bu gün saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də, A.Rzayev və X.Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
142

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər