TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Cəmiyyət

TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞ

Qafar Ağayev10:24 - 28 / 03 / 2024
TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞ

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib.

TKTA-dan 1news.az-a verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər