Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülüb

14:22 - 29 / 03 / 2024
Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülüb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər