Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edib
Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoru Ədalət Muradova müraciət edib.
1news.az xəbər verir ki, bunu rektor öz "Facebook" səhifəsində qeyd edib.
"Müraciətində professor Muhammad Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhvə vermək istəyini bildirir.
Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Muhammad Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim.
UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Muhammad Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!" - paylaşımda qeyd olunub
349