Meteohəssas insanların diqqətinə! | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteohəssas insanların diqqətinə!

16:59 - 29 / 03 / 2024
Meteohəssas insanların diqqətinə!

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər