Xankəndidə avtomat və qumbaralar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

10:35 - 29 / 03 / 2024
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər