Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

11:09 - 30 / 03 / 2024
Polis əməkdaşları tərəfindən 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana və 530 qramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər