“Hazırda iki böyük narkoloji xəstəxananın inşası davam etdirilir”
Hazırda Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir.
1news.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.
Nazir qeyd edib ki, bu xəstəxanaların biri 350, digəri isə 150 çarpayılıqdır.
“Hesab edirəm ki, bu xəstəxanalar istifadəyə verildikdən sonra ölkəmizdə bu sahədə çarpayı fondunun artırılması ilə yanaşı, göstərilən narkoloji xidmətin keyfiyyətinə də müsbət təsirini göstərəcək”, - deyə T.Musayev əlavə edib.
233