Dövlət Dəniz və Liman Agentliyi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Dəniz və Liman Agentliyi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Qafar Ağayev14:43 - 02 / 04 / 2024
Dövlət Dəniz və Liman Agentliyi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Dəniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətli bir mərhələ olaraq, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yüksək beynəlxalq nüfuza malik “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” tərəfindən aparılan müstəqil auditdən sonra ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər sahəsində fəaliyyətin keyfiyyətinin artırılması və davamlı inkişafın təmin edilməsi DDLA-nın qarşısında duran başlıca prioritet məqsədlərdəndir. Agentliyin beynəlxalq uyğunluq sertifikatına layiq görülməsi də bu istiqamətlər üzrə öz əhəmiyyətli töhfələrini verəcək.

Sertifikatın təqdimetmə mərasimində çıxış edən tərəflərin rəhbər heyəti bu əlamətdar hadisəni müsbət qiymətləndirərək yüksək keyfiyyət, səmərəlilik və məmnunluq göstəricilərini prioritet qəbul etməklə hazırlanmış standartların daima yenilənməsi və tətbiqi üçün əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” şirkətinin direktoru Okay Kayhanlı tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı DDLA-nın sədr müavini, sədr vəzifəsini icra edən Əfqan Cəlilova təqdim olunub.

Paylaş:
240

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər