Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası - FOTO

15:21 - 02 / 04 / 2024
Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası - FOTO

“Red Hearts”- Qırmızı Ürəklər Fondu ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında da balaca dostlarımızı sevindirməyə davam edir.

Belə ki, Fond “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində “Ramazan Xeyriyyə Yarmarkası” keçirəcək.

“Passage 1901” sərgi salonunda keçiriləcək yarmarkadan əldə olunan bütün gəlirlər kimsəsiz uşaqlara sərf olunacaq. 7 aprel 2024-cü il tarixində saat 10:00-dan 18:00-a kimi baş tutacaq yarmarkada qonaqlar müxtəlif ləzzətli təamları kəşf edə, oyunlar oynaya və hədiyyələrlə dolu loterayada iştirak edə bilərlər.

Ramazan ayı birlik və yardımlaşma ruhunu hiss etmək üçün dəyərli bir fürsətdir. Bu səbəbdən sizi bu nəcib təşəbbüsə qoşulmağa və dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etməyə dəvət edirik.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Reklam hüququnda

Paylaş:
274

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər