QR biletdən istifadə edənlərin sayı 20 faiz artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

QR biletdən istifadə edənlərin sayı 20 faiz artıb

Qafar Ağayev13:56 - 03 / 04 / 2024
QR biletdən istifadə edənlərin sayı 20 faiz artıb

Bakı metropoliteninin bütün stansiyalarında 2023-cü il dekabr ayının 30-da istifadəyə verilmiş QR biletlə ödəmə sisteminin populyarlığı daha da artmaqdadır.

1news.az xəbər verir ki, martda bu üsula müraciət edənlərin sayı əvvəlki ayla müqayisədə 20 faiz artıb. Belə ki, fevral ayında orta statistik hesabla gün ərzində 5104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5728 nəfər təşkil edib.

Ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ödəniş edilib.

Stansiyalar arasında rekord göstərici yenə “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istfadəçi sayı isə 177 min 567 təşkil edib.

Paylaş:
169

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər