Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı başa çatıb - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı başa çatıb - TƏFƏRRÜAT

Qafar Ağayev15:29 - 03 / 04 / 2024
Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı başa çatıb - TƏFƏRRÜAT

Xəbər verildiyi kimi, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi, 2001-ci il dekabrın 6-da isə həmin cinayətlərin icraçısı olmuş Dadaş Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktları üzrə başlanmış cinayət işlərinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən tamamlanıb.
(https://genprosecutor.gov.az/az/post/6773)

Baş Prokurorluqdan 1news.az-a verilən İbtidai istintaqla 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun (sifarişçi) sifarişlə pul müqabilində 2 nəfər şəxsin qəsdən öldürülməsini təşkil etməsi, onun sürücü-mühafizəçisi işləmiş Qulu Muxtarovun isə bir qrup şəxs tərəfindən, başqa cinayəti gizlətməklə əlaqədar və təkrar adam öldürməsi, habelə başqa şəxsi qeyd olunan əməllərin törədilməsinə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqın gedişində toplanmış sübutlara əsasən, Vahid Haşımov pul müqabilində tanışı Qərib İbadovun öldürülməsini Ramiz Nadirova sifariş vermiş, sonuncu sifarişi icra etməkdən imtina etdiyi üçün Vahid Haşımov onların hər ikisinin öldürülməsini sürücü-mühafizəçisi Qulu Muxtarova həvalə edib.

Bundan sonra, Qulu Muxtarov müdiri Vahid Haşımovdan aldığı pulların müqabilində tanışı Dadaş Hüseynovu sifarişləri icra etməyə razı salmış və sonuncu müxtəlif vaxtlarda silahdan atəş açaraq Ramiz Nadirovu qəsdən öldürmüş, Qərib İbadovu isə qəsdən öldürməyə cəhd edib.

İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) iş üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini tərəfindən təsdiq edilərək baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.

Paylaş:
151

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər