DİN: Axtarışda olan 48 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Axtarışda olan 48 nəfər saxlanılıb

09:14 - 03 / 04 / 2024
DİN: Axtarışda olan 48 nəfər saxlanılıb

Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilir ki, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər