Anar Bağırov: “Gələn ildən bütün orderlər elektron qaydada veriləcək”
Gələn ildən bütün orderlər elektron qaydada olacaq.
1news.az-ın "Report"-a istinadən məlumatına görə, bunu Vəkillər kollegiyasının sədri (VK) Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, yeni qərarla “Elektron vəkil orderi”nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub:
"Bildiyimiz kimi, Əvvəl order kağız daşıyıcısı üzərindən təqdim olunub. “Elektron vəkil orderi” layihəsinin davamı kimi hazırda “Elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Müasir texnologiya imkan verir ki, vəkillər heç bir problem olmadan müştəri ilə müqavilə bağlaya bilər. Gələn ildən artıq bütün orderlər elektron qaydada olacaq".