UNEC tələbəsi NASA-nın saytında səhv tapdı, ona məktub göndərildi | 1news.az | Xəbərlər
Cəmiyyət

UNEC tələbəsi NASA-nın saytında səhv tapdı, ona məktub göndərildi

Qafar Ağayev11:58 - 03 / 04 / 2024
UNEC tələbəsi NASA-nın saytında səhv tapdı, ona məktub göndərildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayıb.

1news.az xəbər verir ki, bu barədə UNEC məlumat yayıb.

"Tələbəmizə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib və Kənanın adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib. Kənan Fərzəlilini təbrik edirik, ona yeni-yeni uğurlar arzulayırıq!" - deyə universitetdən bildirilib.

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər