Bakıda mənzildə meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə meyit tapılıb

Qafar Ağayev14:06 - 04 / 04 / 2024
Bakıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər