ANAMA sədri mina qurbanlarının sayını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA sədri mina qurbanlarının sayını açıqlayıb

15:45 - 04 / 04 / 2024
ANAMA sədri mina qurbanlarının sayını açıqlayıb

Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

“10 noyabr 2020-ci ildən bugünədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb”,- deyə o qeyd edib.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər