Külək səbəbi ilə xəsarət alanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək səbəbi ilə xəsarət alanların sayı açıqlanıb

Qafar Ağayev17:45 - 04 / 04 / 2024
Külək səbəbi ilə xəsarət alanların sayı açıqlanıb

Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.

TƏBİB-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər