Səbail rayonunda qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda qanunsuz tikili sökülüb - VİDEO

11:11 - 05 / 04 / 2024
Səbail rayonunda qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1news.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Səbail rayonu ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər