Bakı hava limanında yeni rekordlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı hava limanında yeni rekordlar

15:29 - 06 / 04 / 2024
Bakı hava limanında yeni rekordlar

Cari ilin yanvar-mart aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu dövrdə hava limanı 1,464 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur. Bu rəqəm həmin müddət ərzində 1,058 milyon təşkil edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hesabat dövründə 39 aviaşirkət, onlardan 15-i aşağıbüdcəli (loukoster) olmaqla, 12,378 min reys yerinə yetirilib. Beynəlxalq marşrutlarda 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 43,5% çox – 1,319 milyon sərnişin daşınıb. 656 min sərnişinə xarici aviaşirkətlər, 662 min sərnişinə isə milli aviadaşıyıcı xidmət göstərib. İlin əvvəlindən Naxçıvan istiqamətində 144 mindən çox sərnişin daşınıb.

Sərnişinlər arasında ən populyar beynəlxalq istiqamətlər isə İstanbul, Abu Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub. Mühüm nailiyyətlərdən biri də 2024-cü ilin ilk 3 ayında Bakı hava limanında tranzit sərnişinlərin sayının artmasıdır. Ötən illə müqayisədə tranzit sərnişinlərin sayı 82,7% artaraq 72 min nəfərdən çox olub.

Qeyd edək, ki Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə və ziyarətçilərə yüksək səviyyədə xidmət və rahatlığı təmin etməklə regionun əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməkdə davam edir.

Paylaş:
223

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər