Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

Qafar Ağayev11:47 - 06 / 04 / 2024
Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir.

1news.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, kiberdələduzlar vətəndaşlara qazanc vədi altında mesajlar göndərərək saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr mövcuddur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər