Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Qafar Ağayev12:22 - 06 / 04 / 2024
Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilir.

1news.az məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir.

İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.

Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaqdır.

Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilmişdir.

Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları"nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq şərtilə verilməsi tələbi mövcud olmuşdur.

Paylaş:
229

Son xəbərlər

DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00
Bütün xəbərlər