Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Qafar Ağayev16:42 - 08 / 04 / 2024
Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında, Mingəçevir su anbarında və Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin Neftçala rayon sakinləri İslam İsayev, Hafis Cəfərov, Mahmud Səlimov, Elşən Məmmədov olduğu müəyyən edilib, onlardan ümumilikdə 170 metr uzunluğunda 3 ədəd sintetik tor aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunmüvafiq tədbir görülüb.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər