Agentlik iş yerini dəyişmək istəyənlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik iş yerini dəyişmək istəyənlərə müraciət edib

Qafar Ağayev09:44 - 08 / 04 / 2024
Agentlik iş yerini dəyişmək istəyənlərə müraciət edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu gün saat 11:00-da başa çatacaq.

1news.az xəbər verir ki, bu bardə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər