Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlament Üzvləri Konfransında iştirak etmək üçün aprelin 9-da Norveçin paytaxtı Oslo şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, tədbirdə siyasət və meqatrendlər, rəqəmsal texnologiyalar, demoqrafik inkişaf, demokratiya və insan haqlarının müdafiəsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, gənclərin liderliyi və iştirakçılığı ilə bağlı mövzularda müzakirələr aparılacaq. Konfransın sonunda Oslo Bəyannaməsinin qəbulu nəzərdə tutulub.
Səfər aprelin 14-də başa çatacaq.
126