Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi Ramin Məmmədov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi Ramin Məmmədov kimdir? - DOSYE

Qafar Ağayev12:11 - 08 / 04 / 2024
Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin etdiyi Ramin Məmmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

1news.az Ramin Məmmədov haqqında məlumatı təqdim edir:

Ramin Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub.

O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmiş, 2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

Ramin Məmmədov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 12 677 səs və ya ümumi səslərin 56,2%-ni toplayaraq deputat seçilmişdir.

Ramin Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il tarixli 1908 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunmuşdur.

Hal-hazırda Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O, həmçinin, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.

Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.

Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilib.

İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var.

Paylaş:
953

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər