Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Qafar Ağayev13:54 - 09 / 04 / 2024
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər