Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib

17:29 - 09 / 04 / 2024
Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib

Baş Prokurorluq məişət zorakılığı ilə bağlı maarifləndirici məlumat açıqlayıb.

1news.az quruma istinadən xəbər verir ki, məlumatda deyilir:

"Məişət zəminində fiziki zorakılıq hansı əməllərlə ifadə olunur?

Məişət zəminində fiziki zorakılıq dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən fiziki təzyiq göstərmə, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozma, döymə, sağlamlığına zərər vurma, işgəncə vermə, azadlıq hüququnu məhdudlaşdırma başa düşülür.

Nəzərə almaq lazımdır ki, məişət zəminində fiziki zorakılıq aktları qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanları üzərində güc və nəzarət göstərmək, qorxu aşılamaqdan ibarət olur.

Daha konkret desək, fiziki zorakılıq şəxsi vurmaq, döymək, bədən üzvlərini əzərək (əl, ayaq yaxud müxtəlif predmetlərlə) ağrı vermək, üzərinə hər hansı əşya atmaq, cırmaqlamaq, fiziki ağrı yetirməklə bədən ətraflarını (əl və ya ayağını) burmaq və ya tutub çəkmək, nəfəs yollarını yüngül və ya dərindən bağlayacaq dərəcədə boğmaq, saçını yolmaq və ya möhkəm dartmaq, sürümək, itələmək, dişləmək, otaqda və ya hər hansı bir yerdə qapısı bağlı şəkildə saxlamaqla sərbəst hərəkətinə mane olmaq və digər hərəkətlərdə özünü biruzə verir".

Paylaş:
177

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər