DİN: Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

13:31 - 10 / 04 / 2024
DİN: Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Aprelin 9-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər