Bakının bu rayonlarına yeni polis rəisləri təyin edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu rayonlarına yeni polis rəisləri təyin edildi

15:52 - 10 / 04 / 2024
Bakının bu rayonlarına yeni polis rəisləri təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.

1news.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər