Ramazan bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib

Qafar Ağayev15:24 - 12 / 04 / 2024
Ramazan bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzusunda maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

1news.az xəbər verir ki, tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, Bakı Dövlət Universitetinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri hərbi hissələrdə olub, şəxsi heyətlə görüşlər keçiriblər.

Görüşlərdə hərbi qulluqçularla Azərbaycan dövlətçilik və hərb tarixi, eləcə də digər mövzularda söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər