Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri açıqlanıb

Qafar Ağayev13:54 - 13 / 04 / 2024
Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri açıqlanıb

Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14 faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil edib.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, fondun gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər