Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib

Qafar Ağayev14:10 - 13 / 04 / 2024
Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” - qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunun Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019-cu və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər