Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub

Qafar Ağayev09:37 - 13 / 04 / 2024
Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər