Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Qafar Ağayev15:53 - 15 / 04 / 2024
Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan 1news.az-a bildirilib ki, azad olunan ərazilərdə 2024-cü ilin aprelin 8-14-ü 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 476,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər