Həftəsonu Azərbaycanda aşklarlanan avtomat, tapança və qumbaraların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu Azərbaycanda aşklarlanan avtomat, tapança və qumbaraların sayı açıqlandı

Qafar Ağayev09:48 - 15 / 04 / 2024
Həftəsonu Azərbaycanda aşklarlanan avtomat, tapança və qumbaraların sayı açıqlandı

Polis əməkdaşları həftəsonu ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlayıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin həftəsonu keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər