Muxtar Babayev: “Azərbaycan dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-un sədrliyini üzərinə götürüb”
“2024-cü ildə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir.
1news.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.
"COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhvə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycan dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-un sədrliyini üzərinə götürüb.Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.
M. Babayev deyib ki, Azərbaycan bu istiqamətdə önəmli körpü rol oynayır.
“Yəni inkişafda olan və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyükdür. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".
“COP29 üzrə əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır” – M.Babayev əlavə edib.