Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Qafar Ağayev14:06 - 16 / 04 / 2024
Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

1news.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin davam etdiyini bildirib.

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər müzakirə olunub.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildir.

Paylaş:
142

Son xəbərlər

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıb13 / 09 / 2024, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO13 / 09 / 2024, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar13 / 09 / 2024, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?13 / 09 / 2024, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilib13 / 09 / 2024, 15:48Samuxda təmir sexi və avtomobil yanıb13 / 09 / 2024, 15:22
Bütün xəbərlər