2024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

2024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandı

Qafar Ağayev09:04 - 16 / 04 / 2024
2024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandı

Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər